Araqci 13

Venesuela Xarici İşlər Nazirliyi İranın ölkədəki səfirini çağıraraq rəsmi etiraz notası təqdim etdiyini açıqlayıb.

Globalinfo.az “Teleqraf”a istinadən xəbər verir ki, etiraz notası Venesuela dövlət qurumları və rəsmiləri ilə bağlı təhqiramiz və yolverilməz kimi qiymətləndirilən açıqlamalara görə təqdim edilib.

Məlumata görə, etiraz İran xarici işlər naziri Abbas Əraqçinin ABŞ ilə danışıqlardan danışarkən “İran İslam Respublikası Venesuela deyil” ifadəsini işlətməsi ilə əlaqəlidir.

İran səfirinin Xarici İşlər Nazirliyinə çağırılması uzun illərdir müttəfiq olan iki ölkə arasında nadir hallarda müşahidə edilən açıq fikir ayrılığı kimi qiymətləndirilir.

Paylaş: