Mustafa Şentop: “Azərbaycanla bir olmaq qarşısı alınmaz milli borc və məcburiyyətdir”

Türkiyə qardaş Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsi üçün böyük səy göstərib.

Globalinfo.az bildirir ki, APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Məclisin bu gün keçirilən iclasında deyib.

TBMM sədri qeyd edib ki, bu səylərin duyğusal dəstək olmaqla kifayətlənməyərək, səmərəli əməkdaşlığa yönəlməsi Qarabağ azad ediməsini mümkün edib: “Azərbaycan 44-günlük bir Vətən müharibəsi ilə 30 il davam edən hüquqsuzluğa son qoyub. Bu məqsəd naminə Azərbaycanla bir olmaq qarşısı alınmaz bir milli borc və məcburiyyətdir”.