Saakaşvilidən İlham Əliyev haqda heyrətamiz sözlər

1563255878 1563254365 orig 1554289999e9212e945902c403a90bbc378e0143d9

Bu yaxınlarda Antalyada keçirilən forumda (11-13 aprel tarixlərində keçirilən 4-cü Antalya Diplomatik Forumu – red.) dünyada hökm sürən yalançı, ikiüzlü siyasəti, ikili standartları rədd edən Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin parlaq çıxışı açıq-aydın seçildi.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında qeyd edib.

“Prezident (Əliyev) başqalarının düşündüyünü, lakin yüksək səslə deməkdən çəkindiyini dilə gətirdi və hər şeyi öz adı ilə çağırdı.

O, Rusiyanın Ukraynaya təcavüzü faktlarını dəqiq şəkildə göstərdi və mövcud vəziyyətdən çıxış yolu təklif etdi. Öz çıxışı ilə bir daha təsdiqlədi ki, o, təkcə regionun lideri deyil, həm də dövlətlər üçün yeni davranış prinsipinin yaradıcısıdır – şəxsi ləyaqət hissi ilə”, – Saakaşvili yazıb.