İrandan ölkələrinə gedirdilər, dəhşətlə üzləşdilər: 73 ölü

İrandan ölkələrinə gedirdilər, dəhşətlə üzləşdilər: 73 ölü

Əfqanıstanın qərbində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Rəsmi mənbələrə görə, yol qəzasında 73 nəfər həyatını itirib, onların arasında 17 uşaq da var.

Qəza İrandan deportasiya edilən əfqan miqrantları daşıyan avtobusda baş verib.

Əfqanıstanın informasiya və mədəniyyət direktoru Əhmədullah Müttəqi bildirib ki, Kabila gedən avtobus Herat vilayətində yük maşını və motosikletlə toqquşub, daha sonra güclü yanğın baş verib. Avtobusda olan bütün sərnişinlər həlak olub.

Əliyar Xəlil
Globalinfo.az