Pakistan ABŞ-a iki mərhələli atəşkəs planı təqdim edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi təkliflərlə tanış olan mənbəyə istinadən məlumat yayıb.
“Bütün məqamlar bu gün razılaşdırılmalıdır”, – deyə mənbə qeyd edib.
İlkin razılaşmanın anlaşma memorandumu şəklində olacağı gözlənilir.
Agentliyin məlumatına görə, Pakistanın hazırladığı sxem dərhal atəşkəsi nəzərdə tutur və bundan sonra 15-20 gün ərzində hərtərəfli razılaşma bağlanmalıdır.
Mənbənin sözlərinə görə, hərbi əməliyyatların dayandırılması Hörmüz boğazının dərhal yenidən açılmasına imkan verəcək.
Əliyar Xəlil
Globalinfo.az