İrəvan onları yenidən sərhədimizə gətirdi – FOTO

İrəvan onları yenidən sərhədimizə gətirdi - FOTO

Avropa İttifaqının Ermənistandakı müşahidəçi missiyası Azərbaycanla sərhəddə yerləşən Zod kəndinə səfər edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Missiyanın sərhəddə patrul tədbirləri həyata keçirdiyi bildirilib.

Qeyd olunub ki, bu patrulların məqsədi yerlərdə vəziyyəti izləmək, hesabat vermək və münaqişədən zərər görmüş ərazilərdə insanların təhlükəsizliyini təmin etməkdir.

Əliyar Xəlil
Globalinfo.az