Münasibətlərimizi əbədi yaşatmaq birinci vəzifəmizdir – Cahit Bağcı

Bu gün Türkiyə və Azərbaycan arasında ürəklərimizə hopmuş “Bir dövlət, iki millət” anlayışını müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsinin imzalanmasının 3-cü ildönümüdür.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı X sosial şəbəkəsində paylaşımında bildirib.

“Gücümüzün birliyimizdə olduğuna olan inancla münasibətlərimizi və əməkdaşlığımızı hər sahədə inkişaf etdirərək gücləndirmək və sarsılmaz etmək, əbədi yaşatmaq birinci vəzifəmizdir. Mübarək olsun!”, – deyə Türkiyə səfiri vurğulayıb.