Mühüm görüşün detalları 1 il sonra açıldı: ABŞ Çini dəhşətli addıma məcbur edib

Çin lideri Si Szinpin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə deyib ki, ABŞ Pekini 2023-cü ildə Tayvana hücuma təhrik edib. 

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Financial Times” öz mənbələrinə istinadən yayıb.

Qəzetin mənbəsi bildiirb  ki, ABŞ-ın bütün cəhdlərinə baxmayaraq, Çin bu addımı atmayıb, çünki əks təqdirdə bütün nailiyyətlərini itirəcəyindən xəbərdar olub.

O, həmçinin bunun Çinin 2049-cu il üçün nəzərdə tutulan “böyük diriliş” planını da ortadan qaldıra biləcəyini söyləyib.

Qəzetin başqa mənbəsi Szinpinin ABŞ-ın bu planı ilə bağlı digər Çin rəsmilərinə də sərt xəbərdarlıq etdiyini bildirib.

Çin Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin eksperti Cuda Blanşet Szinpinin belə düşünməsinin bir sıra mətləbləri açdığını deyib:

“Əgər Szinpin ABŞ-ın Çinlə Tayvan konfliktini başlatmaq istədiyinə inanırsa, o zaman Çin liderinin ətrafında artıq informasiya vakumunun yaradıldığını deyə bilərik. Bu narahatlıq yaradır”.

Qeyd edək ki, Leyen Szinpin görüşü keçən ilin aprelində baş tutub. Lakin onun yenidən gündəmə gəlməsi hələlik qaranlıq qalır.

Bununla belə ABŞ dəfələrlə deyib ki, vahid Çin prinsipinə hörmət edir, amma Tayvan ərazisinə hücum zamanı adanı müdafiə edəcək. Vaşinqtonun bu mövqeyi Pekində narahatlığı artırır, lakin Çin Tayvandan imtina etmək niyyətində olmadığını bəyan edir.

Əliyar Xəlil
Globalinfo.az