Müharibədə evlənən cütlükdən acı xəbər – FOTO

Vyaçeslav Xoxlyuk və Anastasiya Moxina cütlüyü Rusiya-Ukrayna müharibəsinin ilk zamanlarında ailə həyatı qurmuş, daha sonra isə cəbhəyə yollanmışdılar.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Vyaçeslav Xoxlyuk Ukraynanın müdafiəsində həlak olub.

O, Kiyevin mühasirəsi zaman ön xəttə mübarizə aparıb, fərqli-fərqli nöqtələrdən batalyonun rabitə rəisi vəzifəsində çalışıb. Cütlük 112-ci Ərazi müdafiə briqadasında xidmət ediblər.

Qeyd edək ki, müharibənin ilk aylarında Kiyevin açıqladığı statistikaya əsasən Ukraynada minlərlə gənc ailə qurub döyüşə yollanmışdı.

Ayşən Mustafa
Globalinfo.az