Müharibə riski: Finlandiya ordusunda xaos yaşanır

Müharibə riski: Finlandiya ordusunda xaos yaşanır

Finlandiya ordusu yeni çağırışçıların və ehtiyatda olan hərbçilərin rekord sayda ordudan çıxması ilə üzləşib.

Globalinfo.az xəbər verir ki, 2025-ci ilin əvvəlindən bəri təxminən 2000 nəfər hərbi xidmətini vaxtından əvvəl dayandırıb.

Jurnalistlər hesab edir ki, Rusiya ilə mümkün münaqişə qorxusu, xüsusilə Ukrayna cəbhəsində baş verənləri izləyən fin gənclər arasında yayılıb. Onlar müharibə baş vermədən ölkədən çıxmağa və ya hərbi xidmətdən yayınmağa çalışırlar.

Ekspertlər bildirir ki, bu hal Finlandiyanın müdafiə qabiliyyətinə və ictimai əhval-ruhiyyəyə təsir edir. NATO-ya üzvlükdən sonra təhlükəsizlik zəmanətləri artsa da, cəmiyyət daxilində qorxu dalğası müşahidə olunur.

Qeyd edək ki, Finlandiya 2023-cü ildə NATO-ya qoşulub və Rusiyanın sərhəd qonşusudur. Rusiya ilə gərginlik fonunda ölkədə təhlükəsizliklə bağlı narahatlıqlar artmaqdadır.

Tahir Turan
Globalinfo.az