Müğənni Sevda Sanaliyeva xoşagəlməz hadisə ilə üzləşib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı müğənni İnstaqram hesabında məlumat yayıb.
Sanaliyeva bildirib ki, artıq bir müddətdir naməlum şəxs tərəfindən yaşadığı binanın ətrafında davamlı şəkildə izlənilir.
Müğənni deyib ki, həmin şəxs uzun müddətdir onu narahat edir, evinə gəlir, yolunu kəsir. O, bununla bağlı dəfələrlə polisə şikayət etdiyini vurğulayıb:
“Bəli, sözün əsl mənasında qapımda “manyak” yatır. Eyvana çıxa bilmirəm, eyvanın altında dayanır. Bloka girə bilmirəm, qaranlıq tərəfdən birdən-birə qarşıma çıxıb, məni qorxudur. Gördüyünüz bu maşınla hər gün eyvanımın altında dayanır. Hara gedirəmsə, arxamca gəlir və məni izləyir. Uzun müddətdir ki, həyatımı belə yaşayıram”.














