Müğənni Rəqsanə xərçəng xəstəsi imiş…

Müğənni Rəqsanə xərçəng xəstəsi imiş...

Rəqsanə İsmayılova xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Globalinfo.az xəbər verir ki, bu barədə onun qızı Aysun İsmayılova İnstaqram hesabında məlumat verib.

O bildirib ki, anası onkoloji xəstəliklə mübarizə aparır.

Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.