Müğənni Rəhim Rəhimli vəfat edib: ölüm səbəbi…

Müğənni Rəhim Rəhimli vəfat edib: ölüm səbəbi...

Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məşhur şou-biznes nümayəndələri sosial çəbəkələrdə paylaşım ediblər.

R.Rəhimli özünəməxsus imici ilə hər zaman fərqlənib. O, bir çox məşhur və sevilən mahnıların bəstəkarıdır. R.Rəhimli bir sıra kliplərin də müəlılifidir. O, 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” telekanalının direktoru işləyib.

Qeyd edək ki, Rəhim Rəhimli 1979-cu ilin 7 iyun tarixində Ağdamda anadan olub.

***

Müğənninin ürək tutmasından öldüyü deyilir. Bu barədə “Qafqazinfo”ya ifaçının prodüseri Həmzə Məmmədli açıqlama verib.

Onun sözlərinə görə, sənətçinin son zamanlar ürəyi xəstə olub. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında ürəktutmadan evində dünyasını dəyişib.

Prodüseri R.Rəhimlinin dəfn olunacağı yeri də açıqlayıb. O bildirib ki, mərhum sənətçi bu gün saat 12-də Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.