
İmişli rayonu Aranlı kənd məktəbində sanitar qovşağının olmaması ilə bağlı video çəkdiyinə görə müəllimə töhmət verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Globalinfo.az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsindən xəbər verilib.
Bildirilib ki, töhmət dekabrın əvvəlində verilib:
“Müəllim dekabrın əvvəlində rəhbərliyə heç bir məlumat vermədən iki gün dərsə gəlməyib. Töhmət bu səbəbdən verilib”.














