Müdafiə və milli təhlükəsizlik xərclərində nə qədər artım olacaq?

Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 11 faiz artırılır.

Globalinfo.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Qeyd edilib ki, müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 6421 milyon manata qarşı 7126,3 milyon manat və ya 705,3 milyon manat (11 faiz) artırılacaq.