Ordumuzun Vətən müharibəsində keçirdiyi əməliyyatların videoları ilə bağlı YENİ XƏBƏR

Ordumuzun Vətən müharibəsində keçirdiyi əməliyyatların videoları ilə bağlı YENİ XƏBƏR

Müdafiə Nazirliyinin Yutub kanalı açılıb və videolar bərpa olunub.

Globalinfo.az xəbər verir ki, hazırda problem aradan qaldırılıb və Yutub kanalında videolar öz əksini tapıb.

***

Müdafiə Nazirliyinin Yutub kanalı bağlanıb.

Globalinfo.az xəbər verir ki, kanalın ermənilərin hücumu nəticəsində bağlandığı iddia edilir.

Nazirliyin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov Axar.az-a açıqlamasında bunun texniki problem olduğunu və kanalın qısa müddət ərzində bərpa ediləcəyini bildirib.

***

Azərbaycan Müdafiə Nazirliyinin Yutub kanalı bərpa edilib, lakin hələ ki videoları qaytarmaq mümkün olmayıb.

Məlumata görə, hazırda videoların qaytarılması istiqamətində iş aparılır.