Müdafiə nazirinin yeni müavini kimdir? – DOSYE

Müdafiə nazirinin yeni müavini kimdir? - DOSYE

Prezident İlham Əliyevin dekabrın 9-da imzaladığı sərəncamla Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

Globalinfo.az müdafiə nazirinə yeni müavin təyin olunan Aqil Qurbanovun dosyesini təqdim edir:

Bakı şəhər sakini, 36 yaşlı Aqil Qurbanov əvvəllər “PASHA Holding” MMC-yə daxil olan “PASHA İnvestments” MMC-də çalışıb.

Daha sonra “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini daşıyıb.

Ən son isə Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı olub.

Müdafiə nazirinin yeni müavini kimdir? - DOSYE

Gülnar Səlimova,
Globalinfo.az