İranın Ali Lideri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rezayi ABŞ qoşunlarını və gəmilərini məhv etməklə hədələyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” sosial media səhifəsində yazıb.
Rezayi ABŞ-ı dünyada təyyarədaşıyan gəmisi olan yeganə pirat ölkə adlandırıb.
“Piratlarla mübarizə aparmaq qabiliyyətimiz döyüş gəmilərini batırmaq qabiliyyətimizdən heç də az deyil. Gəmilərinizin və əsgərlərinizin qəbiristanlığa girdiyini görməyə hazır olun!”, – deyə rəsmi bildirib.
Əliyar Xəlil
Globalinfo.az