Mübariz Mənsimov əməliyyat olundu

Mübariz Mənsimov əməliyyat olundu

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov İstanbul xəstəxanalarının birində cərrahiyyə əməliyyatı keçirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə holdinqin sözçüsü Fidan Quliyeva Feysbuk hesabında paylaşım edib.

“Palmali Holdinq”in baş direktoru Mübariz Mənsimov cərrahiyyə əməliyyatı keçirib. Hazırda vəziyyəti stabildir və həkimlərin nəzarəti altındadı”, – paylaşımda bildirilib.

Fidan Quliyeva M.Mənsimovun açıqlamasını da paylaşaraq, həkimlərin lazımi bütün tədbirləri gördüyünü qeyd edib.