“Avropa İttifaqı (Aİ) ABŞ-ın tariflərinə cavab olaraq əks tədbirlər hazırlayıb, lakin indiki mərhələdə onları tətbiq etməyəcək. Problemi danışıqlar yolu ilə həll etməyə çalışırıq”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen deyib.
“Biz əvvəldən hazırlıqlar üzərində işləyirik və indi əks tədbirlərlə cavab verməyə hazırıq”, – deyə o bildirib.
Leyenin sözlərinə görə, Aİ avqustun əvvəlinə qədər əks tədbirlər görməyəcək.
Qeyd edək ki, iyulun 12-də Donald Tramp avqustun 1-dən Aİ və Meksikadan gələn mallara 30 faizlik rüsum tətbiq ediləcəyini bəyan edib.
Əliyar Xəlil
Globalinfo.az














