“Fənərbağça” klubundan ayrılan portuqaliyalı baş məşqçi Joze Mourinyonun yeni ünvanı bəlli olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
İddialara görə, o, Rusiya klubları ilə ilkin danışıqlar aparıb.
Mourinyonun minimum iki illik müqavilə və illik 20 milyon avro maaş tələb etdiyi bildirilir.
Qeyd edək ki, “Fənərbağça”nın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”ya məlğub olmasından sonra Mourinyo istefaya göndərilib.
Əliyar Xəlil
Globalinfo.az














