Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskvaya doğru uçan daha üç pilotsuz təyyarəni məhv edib.
Globalinfo.az xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, dağıntıların olduğu yerdə mütəxəssislər işləyir.
Qeyd edək ki, üç saat əvvəl Ukrayna Silahlı Qüvvələri Moskvaya hücum etməyə cəhd edib.
*** 12:11
Hava hücumundan müdafiə sistemləri Moskvaya doğru uçan daha bir PUA-nı vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə Moskvanın meri Sergey Sobyanin özünün Telegram kanalında məlumat verib.
O əlavə edib ki, hazırda PUA-nın qalıqları yerində fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyir.
Sobyanin 30 dəqiqə əvvəl şəhərə yaxınlaşan dörd pilotsuz uçan aparatın məhv edildiyini bildirib.
Qeyd edək ki, iyulun 20-də Moskvanın Vnukovo hava limanı uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə təyyarələrin qəbulunu və buraxılışını müvəqqəti dayandırıb.
İyulun 19-da axşam Vnukovoda da müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Əliyar Xəlil
Globalinfo.az














