Moskvanın inqilab iddiasına Ağ Evdən cavab – Qonşu ölkə qarışır

Moskvanın inqilab iddiasına Ağ Evdən cavab - Qonşu ölkə qarışır

“ABŞ Gürcüstanda rəngli inqilab hazırlamır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

Ağ Ev rəsmisi Vaşinqtonun Tbilisini dəstəklədiyini bildirib:

“Bu ittihamlar yalandır. Bizim gürcü xalqı ilə sülh, çiçəklənmə və demokratiyanın qurulmasına kömək edən, uzun illərə dayanan tariximiz var. 2008-ci ildə Rusiya Gürcüstanın 20% ərazisini işğal edib. Biz Tbilisini Moskvanın aqressiyasına qarşı dəstəkləyirik”, – Miller deyib.

Qeyd edək ki, bu həftənin əvvəlində Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ın Gürcüstanda oktyabr ayında rəngli inqilab planlaşdırdığına dair məlumat yayıb.

Əliyar Xəlil
Globalinfo.az