“Biz üçtərəfli format çərçivəsində ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların tərəfdarıyıq”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılmasından danışarkən deyib.
“Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin qərarı ilə yaradılmış üçtərəfli komissiyada xeyli iş görülüb və kommunikasiyaların blokdan çıxarılması üçün əsas parametrlər müəyyən edilib. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında Sünik (Zəngəzur -red) vilayətindən keçməklə tranzit dəmir yolu əlaqəsi razılaşdırılıb. Qalan məsələlərin əsas formatda əlaqələndirilməsi məqsədəuyğundur. Ona görə də biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, – deyə Zaxarova vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














