“Ermənistanda kilsə ətrafında baş verən hadisələr Rusiyanı ciddi narahat edir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Bu, qonşularımızın daxili işidir. Rusiya Ermənistanın suverenliyinə hörmət edir. Lakin kilsə həmişə erməni cəmiyyətinin əsas sütunlarından biri olub”, – deyə o bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan kilsəni sərt tənqid edib və bütün ermənilərin katolikosunun seçilməsi prosedurunun dəyişdirilməsini, bu prosesdə dövlətə həlledici rol verilməsini təklif edib.
Əliyar Xəlil
Globalinfo.az














