Moskvadakı parada hansı prezidentlər qatıldı?

 

Hazırda Rusiyanın paytaxtı Moskvada 9 May Qələbə Günü münasibəti ilə hərbi parad keçirilir.

Globalinfo.az xəbər verir ki, Prezident Vladimir Putin paradı izləmək üçün gələn xarici ölkə liderləri ilə görüşüb.

Hazırda Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qələbə Günü paradında iştirak edirlər.

Həmçinin Kuba Prezidenti Migel Diaz-Kanel Bermudes, Laos Prezidenti Thongloun Sisoulit və Qvineya-Bisau Respublikasının Prezidenti Sisoku Embalo da Moskvadadırlar.

Ayşən Mustafa
Globalinfo.az