“Yaxın Şərq müharibə astanasındadır” – Quterreş

“Yaxın Şərq tammiqyaslı münaqişə astanasındadır”.

Globalinfo.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

O bildirib ki, gərginliyi azaltmaq üçün dərhal tədbirlər görülməlidir.

“Yaxın Şərq müharibə astanasındadır. Bölgədəki insanlar tammiqyaslı dağıdıcı münaqişənin real təhlükəsi ilə üz-üzədir. Gərginliyi və eskalasiyanı azaltmağın vaxtı çatıb”, – deyə Quterreş vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az