Tacikistan “Krokus” teraktını törətməkdə ittiham olunan iki nəfərin ölkəni ötən ildən bəri tərk etmədiyini təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şübhəli qismində fotoşəkilləri yayımlanan iki Tacikistan vətəndaşı 26 noyabr 2023-cü il tarixdən etibarən ölkədə, yaşayış yerlərindədirlər.

***
Moskva vilayətində törədilən terror aktında vətəndaşlarımızın iştirakı ilə bağlı məlumat saxtadır.
Globalinfo.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd edilib ki, Tacikistan Rusiya hakimiyyət orqanlarından respublika vətəndaşlarının terror aktında iştirakı barədə məlumat almayıb.
Xatırladaq ki, “Krokus Siti Holl”da hücum həyata keçirən 6 şəxsdən 4-nün kimliyi məlum olub.
Terakt törədən şəxslərin Tacikistan vətəndaşları Məhmədrəsul Nəsridinov, Rivojidin İsmonov, Şahincan Safolzoda, Rüstəm Nəzərov olduğu bildirilir.














