
Moskvada “Krokus Siti Holl”dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
İlkin məlumatlara görə, avtomobildə 6 nəfər olub. Onlardan 2-si saxlanılıb, 4-ü isə qaçıb.
Qaçanlar 37 yaşlı Nəsridinov Məhmədrəsul, 51 yaşlı İsmonov Rivojidin, 21 yaşlı Safolzoda Shoxinjonn və 29 yaşlı Nəzərov Rüstəmdir.
Saxlanılanlar Tacikistan vətəndaşlarıdır.














