FotoJet 32

Moskvada Rusiya, Suriya və Türkiyə hərbi idarələrinin rəhbərləri arasında üçtərəfli danışıqlar başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Moskvada Rusiya Federasiyası, Suriya Ərəb Respublikası və Türkiyə Respublikasının müdafiə nazirləri arasında üçtərəfli danışıqlar keçirilib. Suriya böhranı və qaçqınlar probleminin həlli yolları, Suriyada ekstremist qruplarla mübarizədə birgə səylər müzakirə edilib”, – məlumatda bildirilib.

Rusiya Müdafiə Nazirliyindən qeyd olunub ki, görüşün yekunlarına görə tərəflər bu formatda keçirilən dialoqun konstruktiv xarakterini, Ərəb Respublikasında və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi naminə onun davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

***

Türkiyə milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan Rusiyaya səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Səfərin təfərrüatı barədə məlumat verilməyib.

fidan akar kaln

Paylaş: