Kremldən liderlərin görüşü ilə bağlı AÇIQLAMA

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü ilə bağlı konkret razılıq yoxdur.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, MDB liderlərinin qeyri formal sammiti çərçivəsində Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi ilə bağlı konkret razılığın olmadığını, lakin liderlərin sammit çərçivəsində danışıqlar apara biləcəyini qeyd edib.