Moskvada HƏMAS-la kritik görüş

Moskvada HƏMAS-la kritik görüş

İran xarici işlər nazirinin müavini Əli Baqiri Qani Rusiyanın paytaxtı Moskvada HƏMAS-ın siyasi bürosunun sədr müavini Musa Əbu Mərzukla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, görüş zamanı Qəzzadakı vəziyyət müzakirə edilib. İclasda İran xarici işlər nazirinin müavini Tehranın Fələstin xalqına dəstək olduğunu bildirib. Həmçinin vurğulayıb ki, İranın prioriteti dərhal atəşkəsə nail olmaq, yardım göstərməkdir.

Musa Əbu Mərzuk həmçinin Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla da görüşüb.

Əliyar Xəlil
Globalinfo.az