Moskvada hazırlıq görülür: Sülh müqaviləsi imzalanacaq?

Bu gün Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü keçiriləcək.

Globalinfo.az xəbər verir ki, Rusiya XİN görüş zamanı Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması istiqamətində danışıqların aparılacağını bildirib.

Məlumata əsasən, həmçinin regionda kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və başqa mövzular müzakirə ediləcək.

XİN başçıları arasında üçtərəfli görüşlə yanaşı, Sergey Lavrovun Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrıca iki tərəfli görüşü gözlənilir.

Qeyd edək ki, ikitərəfli görüşlərdə Rusiya-Azərbaycan, Rusiya-Ermənistan arasında iqtisadi, ticari və siyasi mövzular, o cümlədən gündəlikdə olan aktual məsələlərin müzakirə ediləcəyi deyilib.

Ayşən Mustafa
Globalinfo.az