Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi İlya Polikarpovun ölümü ilə nəticələnən terror aktını törətməkdə şübhəli bilinən Özbəkistan vətəndaşı saxlanılıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
General Kirillovun ölümü ilə nəticələnən terror aktını törədən şəxs Moskva vilayətinin Balaşixa rayonunun Çernoye kəndində saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk bildirib.
İstintaq Komitəsindən isə bildirilib ki, saxlanılan şəxs müstəntiqin yanına gətirilib, onunla bağlı istintaq hərəkətləri aparılır.
***10:09
Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri İqor Kirillov və onun köməkçisinin qətlində şübhəli bilinən iki nəfər saxlanılıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
“Hər iki şəxs dünən axşam saatlarında saxlanılıb. Şübhəlilər ifadələrində müstəntiqlərə qətlin təşkilatçıları barədə məlumat veriblər. Əməliyyat-axtarış tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən səhər Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov öldürülüb. Generalın Ukrayna Baş Kəşfiyyat İdarəsinin sui-qəsdi nəticəsində öldürüldüyü barədə məlumat yayılıb.