Moskvada 10-dan çox ticarət mərkəzində bomba həyəcanı

Əməliyyat xidmətlərinin mütəxəssisləri və hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada 10-a yaxın ticarət mərkəzində partlayıcı qurğuların quraşdırılması ilə bağlı məlumatları yoxlayırlar.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü Rusiyanın fövqəladə hallar xidmətlərindən məlumat verilib.

“Hazırda bomba təhlükəsi ilə bağlı anonim xəbərlər daxil olduqdan sonra Moskvanın müxtəlif rayonlarında, o cümlədən paytaxtın mərkəzindəki “Oxotnıy Ryad”da təxminən on ticarət mərkəzində partlayıcı əşyaların və maddələrin olub-olmaması yoxlanılır”, – məlumatında deyilir.

Bildirilir ki, bəzi obyektlər boşaldılıb.

Qeyd olunub ki, yoxlamaların nəticələrə barədə ictimaiyyətə məlumat veriləcək.