Moskva Trampın xəbərdarlığına belə reaksiya verdi

Moskva Trampın xəbərdarlığına belə reaksiya verdi

“Kreml ABŞ Prezidenti Donald Trampın BRİKS-lə bağlı açıqlamalarını görüb”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz doğrudan da Trampın belə bəyanatlarını görmüşük”, – deyə o bildirib.

Bundan əvvəl D.Tramp xəbərdarlıq etmişdi ki, BRİKS siyasətini dəstəkləyən ölkələrə istisnasız olaraq əlavə 10 faizlik ticarət tarifləri tətbiq olunacaq.

Əliyar Xəlil
Globalinfo.az