Moskva orta və yaxın mənzilli raketlərin istehsalına başlamalıdır – Putin

“Moskva orta və yaxın mənzilli raketlərin istehsalına və sonradan onların yerləşdirilməsinə başlaya bilər”.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclasda deyib.

Putin bildirib ki, ABŞ-ın orta və yaxın mənzilli raketlərini dünyanın müxtəlif regionlarında yerləşdirməsi Rusiyada narahatlıq yaradır və reaksiya tələb edir:

“Bu gün məlumdur ki, ABŞ bu raket sistemlərini nəinki istehsal edir, hətta onları təlimlər üçün Avropaya – Danimarkaya gətirib və bu yaxınlarda onların Filippində yerləşdiyi deyildi. Bu, raketlərin oradan çıxarılıb-çıxarılmadığı da məlum deyil. Hər halda biz buna reaksiya verməliyik və bu sahədə bundan sonra nə etməli olduğumuza dair qərarlar qəbul etməliyik”, – deyə o əlavə edib.

“Görünür, biz bu zərbə sistemlərinin istehsalına başlamalıyıq və sonra faktiki vəziyyətə əsaslanaraq, təhlükəsizliyimizi təmin etmək üçün lazım gələrsə, onları harada yerləşdirmək barədə qərar qəbul etməliyik”, – o əlavə edib.