Rusiyadan Bakı və İrəvana xəritə təklifi…

“Rusiya Bakı və İrəvana sərhədlərin delimitasiyası ilə bağlı müzakirələr aparmağı təklif edir, çünki Moskvada topoqrafik materiallar var”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

XİN rəsmisi bildirib ki, Moskvanın məqsədi Azərbaycanla Ermənistanı sülh və dinc əlaqələrin yaradılması məsələsində dəstəkləməkdir:

“Biz sülh müqaviləsi üzrə danışıqların təşkili üçün platforma təqdim etməyə hazırıq. İnanırıq ki,  İrəvanda üçtərəfli razılaşmanın tətbiqinin ən uyğun variant olmasına dair fikirlər üstünlük təşkil edəcək. Həmçinin Moskvanı proseslərdən kənarlaşdırmağa, Cənubi Qafqazda mövcud qüvvələr balansını pozmağa və Rusiyanın qonşuluğunda daha bir qeyri-sabitlik mənbəyi yaratmağa yönəlmiş regiondankənar oyunçuların addımlarına yol verilməyəcəyinə ümid edirik”.

Ayşən Mustafa
Globalinfo.az