2022-ci ildə Bakı qadağan etmişdi, indi isə Kişinyov…

2022-ci ildə Bakı qadağan etmişdi, indi isə Kişinyov...

Moldovada xüsusi xidmət orqanlarının tələbi ilə Rusiyanın “RİA Novosti” saytına giriş tam dayandırılıb.

Globalinfo.az xəbər verir ki, hazırda ölkə ərazisində bütün operatorlardan sayta giriş bloklanıb.

Rəsmi Kişinyov “RİA Novosti” ilə yanaşı “Nezavisimaya qazeta”, “Krımskoy qazeta”, “RİA Novosti Krım”, “Krım 24” saytlarına, eləcə də Moldovada rusiyayönlü müxalifətin yaratdığı “Nuacum.eu” portalına girişi bağlayıb.

Sonuncu dəfə 2023-cü ilin sonlarında Moldovada 30-dan çox  Rusiya media resursuna qadağa qoyulmuşdu.

Qeyd edək ki, “Ria Novosti” xəbər agentliyi 2022-ci ildə Azərbaycan ərazisində bloklanmışdı. Buna səbəb agentliyin özünü keçmiş qondarma rejimin “naziri” kimi təqdim edən separatçı Artak Beqlaryanın müsahibəsini dərc etməsi olub.

Əliyar Xəlil
Globalinfo.az