Monteneqronun paytaxtı Podqoritsada türk vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb.
Globalinfo.az bildirir ki, APA-nın əldə etdiyi xəbərə görə, Azərbaycan vətəndaşı dünən axşam saatlarında azad olunub.
Polisin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub.














