“Hər kəsdən üzr istəyirik. Ancaq bəzi məsələlərdə bizim əl-qolumuz bağlıdır”.
Globalinfo.az xəbər verir ki, bu fikirlər Monqolustan hökumətinin Vladimir Putinin beynəlxalq həbsinə order verməməsindən sonra yaydığı bəyanatda əks olunub.
Politico nəşrinə verdiyi açıqlamada Monqolustan hökumətinin sözçüsü bildirib ki, ölkəsi enerji asılılığı vəziyyətindədir və bu, Rusiya prezidentinin Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edilməsini çətinləşdirir.
“Monqolustan neft məhsullarının 95 faizini və elektrik enerjisinin 20 faizdən çoxunu qonşularından idxal edir. Bu tədarüklər Monqolustan xalqının varlığını təmin etmək üçün çox vacibdir”, – hökumət sözçüsü vurğulayıb.
Politico yazır ki, BCM-in üzvü olan Monqolustan çox güman ki, Rusiya prezidentini həbs etməkdən boyun qaçırdığına görə mühakimə olunacaq.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 2-də Monqolustana iki günlük rəsmi səfər edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az














