Monitorinq Qrupunun üzvləri Globalinfo.az-a təbrikə gəldi

Monitorinq Qrupunun üzvləri Globalinfo.az-a təbrikə gəldi

Bu gün Globalinfo.az saytının fəaliyyətə başlaması və ictimaiyyətə elan edilməsi münasibətilə Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Çingiz Qənizadə və Səadət Bənanyarlı redaksiyamızın qonağı olublar.

Onlar saytın kollektivini təbrik edərək, uğurlar arzu ediblər.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Globalinfo.az-ın maraqlı bir sayt olacağına əminliyini ifadə edib. O, saytın qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq, çox uğurlu olduğunu vurğulayıb.

Monitorinq Qrupunun üzvləri Globalinfo.az-a təbrikə gəldi

Ç.Qənizadə də öz növbəsində saytın fəaliyyət istiqamətinin zəngin və çoxşaxəli olmasından söz açıb.

S.Qocamanlı saytın qərəzsiz, dəqiq və uğurlu olacağına inandığını bildirib.

S.Bənanyarlı da saytın yaranması münasibətilə rəhbər və kollektivi təbrik edərək, bol nailiyyətlər arzu edib.

Zaira Akifqızı
Globalinfo.az