Monakoda güclü partlayış baş verib.
Globalinfo.az xarici mediaya istinadla xəbər verir ki, hadisə yerinə dərhal xilasedici və fövqəladə xidmət əməkdaşları cəlb olunub.
Məlumata görə, partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
BFMTV telekanalının məlumatına əsasən, partlayış naməlum şəxsin Reveren-Per-Lui-Folla küçəsində çanta qoymasından sonra baş verib. Şübhəli şəxs hadisə yerindən qaçıb.
Hadisənin səbəbləri araşdırılır. Rəsmi qurumlar partlayışın motivi ilə bağlı hələlik əlavə məlumat açıqlamayıb.
Aysel Əliyeva
Globalinfo.az