1447507697 02 skylark drone flight training 6

İsrail Hava Qüvvələrinin pilotsuz uçan aparatları Suriya hökumətinin yeni qüvvələrinin nəzarətində olan və Dəməşqin cənub-qərbindəki ərazidə sabitliyi bərpa etməyə çalışan təhlükəsizlik qüvvələrinə hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı Suriya mənbələrinə istinadən məlumat verib.

Məlumata görə, İsrailin PUA-ları təhlükəsizlik qüvvələrinin yerləşdiyi ərazilərə ən azı beş zərbə endirib. Hava hücumları keçid hökumətinin Dəməşqin cənub-qərbindəki Sahna məhəlləsində, druzların yaşadığı ərazidə nəzarəti ələ keçirdiyini və yerli müxalif qüvvələri təqib etdiklərini açıqlamasından sonra həyata keçirilib.

Dəməşqdəki tibbi mənbələrə görə, Sahna bölgəsində baş verən qarşıdurmalarda təhlükəsizlik qüvvələrinin ölüm sayı günün ikinci yarısında 11-dən 16-ya yüksəlib.

İsrail Müdafiə Ordusu Dəməşq yaxınlığında druzlara qarşı hücum hazırlığı görən silahlılara qarşı tədbir görülməsi üçün belə bir addım atıldığını bildirib. Baş nazirin ofisindən verilən açıqlamada Dəməşqə “sərt xəbərdarlıq” göndərildiyi və yerli druz icmasına qarşı zorakılığın dərhal dayandırılması tələb olunduğu qeyd edilib.

Qeyd edək ki, druzlar – İslamın bir cərəyanı olan və əsasən Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilində danışan etnik-dini qrupdur. Suriyada druzların sayı 700 min nəfərə yaxındır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: