Moldovada keçirilən referendumun nəticəsi bəlli olub.
Globalinfo.az xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyası səslərin 100 faiz sayıldığını bəyan edib.
50,46% seçici Moldovanın Avropa Birliyinə daxil olması üçün konstitusiya dəyişikliyinə getməsinə “hə” cavabı verib, 49,54% isə qarşı çıxıb.
***12:46
Moldovada səslərin 98%-dən çoxunun hesablanmasından sonra ölkədə keçirilən referendumun nəticəsi bəlli olub.
Globalinfo.az xəbər verir ki, 50,16% seçici Moldovanın Avropa Birliyinə daxil olması üçün konstitusiya dəyişikliyinə getməsinə “hə” cavabı verib, 49,84% isə qarşı çıxıb.
Qeyd edək ki, bundan öncə səslərin 96%-nin hesablanmasından sonra referendumda hər iki tərəfə səs verənlərin sayı bərabərləşmişdi.
Əliyar Xəlil
Globalinfo.az














