Modi Bakıya gəlməyə bilər – Səbəb

Modi Bakıya gəlməyə bilər – Səbəb

Hindistan Baş naziri Narendra Modi Bakıda keçiriləcək COP29 sammitinə qatılmaya bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə  “The Hindustan Times”  məlumat yayıb.

Modinin Bakıya gəlməməsinə səbəbin onun ağır iş qrafiki olduğu bildirilir.

Qəzet həmçinin bunun Hindistan lideri ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında planlaşdırılan görüşün təxirə salınmasına da gətirib çıxara biləcəyini yazıb.

Bununla belə Hindistanı Bakıdakı sammitdə hələlik ətraf mühit naziri Bxupender Yadavın təmsil edəcəyi gözlənilir.

Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putinin COP29-a qatılmayacağı bəlli olmuşdu.

Əliyar Xəlil
Globalinfo.az