Tanınmış model Razi Əliyevanı döyən sevgilisi Ziya Hüseynzadə işdən çıxarılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə bloger Aysel Şükürova məlumat yayıb.
“Softline İnternational MMC və Softline Trade MMC-nin direktoru Ziya Hüseynzadə 1 aprel 2022-ci il tarixdə tutduğu vəzifədən azad edilib. O, təsisçilərin etimadını itirdiyi üçün əmək müqaviləsinin müddətinin uzadılmamasına qərar verilib və hazırda barəsində daxili araşdırma aparılır. Z.Hüseynzadənin Softline İnternational MMC və Softline Trade MMC-nin adından çıxış etməyə heç bir səlahiyyəti yoxdur”, – məlumatda qeyd edilib.
Zaira Akifqızı
Globalinfo.az














