Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin sözçüsü Zara Amatuni Bakıda istintaq təcridxanasında saxlanılan qondarma rejimin sabiq “müdafiə naziri” Levon Mnatsakanyanın ölümü ilə bağlı iddialara cavab verib.
Globalinfo.az xəbər verir ki, BQXK sözçüsü oktyabrın 20-də Mnatsakanyan da daxil olmaqla Bakıda saxlanılan separatçılarla görüş keçirildiyini bildirib:
“20 oktyabrda Bakıda saxlanılan hər kəslə, o cümlədən adı çəkilən şəxslə görüş keçirdik. Onlarla təkbətək müzakirələr aparılır, bütün məsələlər danışıldı. Saxlanılma şəraiti və vəziyyətləri ilə bağlı monitorinq aparıldı. Onlara ailələri ilə danışma imkanı yaradıldı. Biz həmin şəxslərin ailə üzvləri ilə daimi əlaqə saxlayırıq. Vəziyyətləri ilə bağlı məlumatlar ailələrə və hökumətə verilir. Mətbuata əlavə informasiya verə bilmərik. Çünki bu ictimai deyil, şəxsi məsələdir”.
Xatırladaq ki, ehtiyatda olan polkovnik Volodyo Hovhannisyan Levon Mnatsakanyanın Bakıda istintaq təcxridxanasında öldürülyünü iddia etmişdi.
Ayşən Mustafa
Globalinfo.az