MN-dən əhaliyə xəbərdarlıq: Təşvişə düşməyin!

MN-dən əhaliyə xəbərdarlıq: Təşvişə düşməyin!

11-15 avqust tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki “Gödəkburun” təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, MN-dən bildirilib.