MN-də 143 milyonluq mənimsəmə: vəzifəli şəxslər HƏBS EDİLDİ

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı müxtəlif hərbi hissələrdə çalışmış daha iki maliyyə xidmət rəisi həbs edilib.

Globalinfo.az “Unikal”-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi çərçivəsində müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi vəzifəsində çalışmış Cəbrayıl Orucov və Vahid Novruzlu təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Onların hər ikisi barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

DTX-nin İstintaq Baş İdarəsi tərəfindən sabiq maliyyə xidmət rəisləri barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Bakı Hərbi Məhkəməsi tərəfindən hər iki şəxs barəsində dörd ay həbs qətimkan tədbiri seçilib.

İstintaqı və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı hazıradək ödəmədikləri üçün hər iki şəxs barəsində hüquqi məsuliyyət tədbirlərinin görüldüyü məlum olub.